“Twitter”in işində problem yaranıb

Xəbərlər

17.04.2021 - 22:31

Şirkət yaranmış problemlə bağlı məlumat yayıb 

 

“Twitter”in işində problem yaranıb. Dünyanın bir çox ölkələrindən istifadəçilər problemlə bağlı sosial media hesablarında paylaşımlar ediblər.

 

AYNA xəbər verir ki, məsələ barədə şirkət rəsmi hesabında açıqlama yayıb. Bildirilib ki, istifadəçilərə təsir edən əlçatanlıq problemi davam edir:

 

“Twitter”in bəzi hissələrinin müxtəlif yerlərdə işləmədiyini bilirik. Ən qısa zamanda normal vəziyyətə gətirmək üçün çalışırıq. Bizimlə olduğunuz üçün təşəkkür edirik”.

Müəllif: Ayna.az