"Twitter"in işində problem yaranıb

Dünya

29.01.2021 - 09:40

Həkimlər Klinikalar SEO Xidməti

Təxminən 19% istifadəçi “iPhone” və “iPad” mobil cihazları üçün proqramda problemlərlə üzləşiblər

 

Bir sıra ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur. AYNA xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.

 

Nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya və Yaponiya istifadəçiləri şikayət edirlər. Xidmətin məlumatına görə, ABŞ-da istifadəçilərin çox hissəsi (66 %) saytın işində nasazlıqlardan şikayətlənir.

 

Təxminən 19 % istifadəçi “iPhone” və “iPad” mobil cihazları üçün proqramda problemlərlə üzləşiblər.

 

Sosial şəbəkə istifadəçilərinin 13 %-i Android əməliyyat sistemi üçün tətbiqdə çətinliklərlə qarşılaşıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş