Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb

Xəbərlər

27.10.2026 - 21:58

Türkiyənin Naxçıvandakı yeni Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.

AYNA.AZ ​xəbər verir ki, yeni Baş konsul vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.

Eyni zamanda, ​Baş konsul Əli Sevim Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.

Əli Sevim, həmçinin, səfir Birol Akgünlə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş