Türkiyəni yasa boğan qəzadan 31 il ötür

Dünya

20.01.2020 - 23:14

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə baş verən dəhşətli qəzadan 31 il ötür

 

20 yanvar 1989-cu ildə "Malatyaspor" matçına gedən "Samsunspor" komandasının düşdüyü qəzadan 31 il ötür. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 nəfərin öldüyü və çox sayda insanın yaralandığı qəza Türkiyədə matəmə səbəb olmuşdu.

 

"Samsunspor" komandasını daşıyan avtobusun Havza şəhərində bir kamazla toqquşması nəticəsində həyatını itirən komandanın baş məşqçisi Nuri Asan və avtobusun sürücüsü Asim Özqanın məzarları başında anım mərasimi təşkil olunub. 

 

Türkiyəni yasa boğan hadisə 20 yanvar 1989-ci ildə “Hürriyyət” qəzetində “Futbol yolunda can verdilər”, “Türkiyə matəmə boğuldu” başlıqlarıyla təqdim olunmuşdu.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş