Türkiyədən oğurlanan əsərlərin sərgisi keçirilib

Dünya

07.12.2019 - 23:13

Həkimlər Klinikalar SEO Xidməti

Danimarkada maraqlı sərgi keçirilib

 

Danimarkanın paytaxtı Kopenhagen şəhərində “David kolleksiyası”na aid olan tarixi əsərlərin sərgisi nümayiş etdirilib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərgidə Türkiyədən oğurlanan və Ankaranın rəsmi olaraq qaytarmasını istədiyi əsərlər də yer alıb.

 

Sərgidə Osmanlı İmperiyasının fərmanları, əlyazmaları, keramika və miniatürlərini özündə cəmləşdirən İslam-Türk-Ərəb coğrafiyasına aid əsərlərin də nümayişi baş tutub.

 

Səlahəddin Eyyubi, Fateh Sultan Mehmet, Qəznəli Mahmud, Səlcuqlu hökmdarı Alparslan, Şah İsmayıl Xətayi və Məmlük Sultanı Baybarsa aid əsərlərin nümayiş olunduğu sərgidə həm də həmin dövrə aid pul sikkələrinə də rast gəlinib.

 

Lakin Avropada nümayiş etdirilən İslam coğrafiyasına aid bu cür əsərlər artıq uzun illərdir ki, geniş mübahisələrin mövzusuna çevrilib. 

 

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, “David Koleksiyası” nda olan 7 əsərin geri qaytarılması üçün mübarizə aparır. Bu əsərlər "Diyarbəkir Sfinks Şəkli”, “Seydi Mahmud Hayrani məqbərəsinin qalıqları”, “Cizrə ulu məscidinin darvazas”, “Quran səhifələri nuru-osmaniyyə kitabxanası”, “Hacı Bayram Vəli məqbərəsinin şamdanı” və “Əşrəfoğlu məscidinin xalçası”dır.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş