Türkiyədə zəlzələ qurbanlarının sayı 38 nəfərə çatıb

Dünya

26.01.2020 - 20:37

cedabet dərman SEO Xidməti

Təbii fəlakət zamanı 1607 nəfər xəsarət alıb

 

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə yüksəlib.

 

AYNA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

 

Qeyd olunub ki, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya isə ciddi ziyan dəyib.  

 

Bildirilib ki, xilasedicilər dağıntılar altından 45 nəfəri xilas ediblər. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş