Türkiyədə yenidən zəlzələ baş verib

Dünya

19.11.2019 - 07:32

Zəlzələnin ocağı 7,2 kilometr dərinlikdə yerləşib

 

Türkiyənin Van vilayətində 3,5 bal gücündə zəlzələ baş verib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 01:44-də qeydə alınıb.

 

Yeraltı təkanların episentri Başkale rayonunda, ocağı isə 7,2 kilometr dərinlikdə yerləşib.

 

Dağıntı və tələfat barədə məlumat yoxdur.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş