Türkiyədə silahlı hücum zamanı 5 nəfər yaralanıb

Dünya

23.10.2021 - 08:45

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub

Türkiyədə silahlı insident olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Bəyoğlu rayonunda qeydə alınıb. Restorana avtomobillə gələn silahlı şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs (və ya şəxslər-red) ərazidən uzaqlaşıb.

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az