Kastamonuda 71, Sinopda 10, Bartında 1 nəfər həyatını itirib
Türkiyənin şimalında sel fəlakətindən ölənlərin sayı 82 nəfərə çatıb. AYNA xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.
Bildirilib ki, Qara dənizin qərbində baş verən sel fəlakəti nəticəsində Kastamonuda 71, Sinopda 10, Bartında 1 nəfər həyatını itirib.
Qeyd edək ki, AFAD bundan əvvəl 81 nəfərin təbii fəlakət qurbanı olduğunu bildirmişdi.