Türkiyədə koronavirus qurbanlarının sayı artıb

Dünya

16.07.2020 - 23:38

Koronavirusa yoluxanların sayı artmaqdadır 

 

Türkiyədə son sutkada daha 21 nəfər koronavirusdan ölüb.

 

AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 440 nəfərə çatıb.   

 

Fahrettin Kocanın sözlərinə görə, bu gün COVID-19-a 933 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirus xəstələrinin ümumi sayı 216 873 nəfərə çatıb.

 

Məlumata görə, bu gün 1 087 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Pandemiya ərzində Türkiyədə koronavirusdan sağalanların sayı 198 820 nəfərdir.

Müəllif: Ayna.az