Partlayış nəticəsində 14 nəfər yaralanıb
Türkiyənin Şanlıurfa şəhərində Zirehli Briqada Komandanlığına aid hərbi hissədə partlayışlar olub.
AYNA “Qafqazinfo”ya isitnadən xəbər verir ki, silah-sursat saxlanılan ərazisə baş vermiş 2 partlayış nəticəsində 14 nəfər yaralanıb. Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım göndərilib. Yaralılar xəstəxanalara yerləşdirilib.
Müdafiə Nazirliyi yaydığı açıqlamada partlayışdan sonra başlanan yanğının nəzarətə götürüldüyünü və bölgədə təhlükəsizliyin təmin edildiyini bildirib.
Partlayışın səbəbi araşdırılır.