Hadisə Yalovada baş verib: pilot sağ qalıb
Türkiyədə F-16 hərbi təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, hadisə Yalovada baş verib.
Qəzanın baş verdiyi əraziyə xilasedicilər göndərilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult edərək xilas olub.
Qəzanın səbəbi araşdırılır.