Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün dünyada tədbirlər görülür
Türkiyədə daha 3 gün küçəyə çıxmaq qadağan ediləcək.
AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra elan edib:
“Koronavirus epidemiyasının nəzarətə alınmasında insanların kütləvi halda toplaşdığı məkanların bağlanmasının böyük faydası olub. Ölkəmizdəki bu gözəl gedişatı davam etdirmək üçün həftə sonu küçəyə çıxmaq qadağasını bayram sonunadək davam etdirməyi planlaşdırırıq. Bu həftəsonu da 31 əyalətimizdə 3 gün küçəyə çıxmağı qadağan edəcəyik. Mayın 1-i gecə saat 00:00-dan etibarən tətbiq ediləcək qadağa 1,2,3 may tarixlərini də əhatə edəcək”.