Bir sutkada 5 min 277 nəfər COVID-19 infeksiyasına yoluxub
Türkiyədə sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 140 nəfər ölüb. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 min 277 nəfər COVID-19 infeksiyasına yoluxub.
Qeyd edək ki, Türkiyədə indiyədək koronavirusdan 2 milyon 307 min 721 nəfər sağalıb, 25 min 73 nəfər isə ölüb.