Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

23.10.2021 - 23:25

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 351 184 nəfər test edilib, onların 26 217-nin koronavirus testi pozitiv nəticə verib, 27 663 nəfər sağalıb.

 Nazirliikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 115 164 597 peyvənd tətbiq edilib ki, bunun 88,84 faizi birinci, 77,40 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az