Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 198 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 213 nəfər test edilib, onların 28 465-nin koronavirus testi pozitiv nəticə verib, 29 160 nəfər sağalıb.
Nazirliyin məlumatına görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 114 807 774 peyvənd tətbiq edilib ki, bunun 88,71 faizi birinci, 77,04 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.