Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

24.09.2021 - 20:18

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 221 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 226 nəfər test edilib, onların 27 197-nin koronavirus testi pozitiv nəticə verib, 20 458 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 107 380 295 peyvənd tətbiq edilib ki, bunun da 85,90 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş