Türkiyədə COVID-19 daha 22 nəfərin həyatına son qoyub

Dünya

09.07.2020 - 00:46

Koronavirusdan ölənlərin ümumi sayı 5 282 nəfərə çatıb

 

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

 

AYNA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 282 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 1 041 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 208 938 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 219 nəfər olmaqla 187 511 nəfər təşkil edir.

Müəllif: Ayna.az