32 nəfərlik heyətin cəlb edildiyi dərman istehsalı 40 günə tamamlanıb
Türkiyədə COVID-19 infeksiyasına qarşı “Favicovir” adlı dərman istehsalına başlanılıb. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Sənaye və Texnologiya naziri Mustafa Varank açıqlama verib.
Nazir deyib ki, istehsal olunan dərman keyfiyyətlidir: “Biz yerli və milli olaraq öz sintezimizlə inkişaf etdirilən çox əhəmiyyətli bir dərman istehsal etdik. Lisenziyalaşdırma mərhələsinə çatmağımız həm sevindirici, həm də qürurverici haldır”. Varank onu da bildirib ki, 32 nəfərlik heyətin cəlb edildiyi dərman istehsalı 40 günə tamamlanıb.