6 min 439 xəstənin COVID-19 testi pozitiv çıxıb
Türkiyədə son sutka ərzində koronavirusdan 185 nəfər vəfat edib. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, ötən gün Türkiyədə 168 min 212 nəfər koronavirus testindən keçib.
6 min 439 xəstənin COVID-19 testi pozitiv çıxıb. Ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 min 281 nəfər virus şübhəsi ilə qeydiyyata alınıb.