Türkiyədə 6 terrorçu məhv edildi, 7-si ələ keçdi

Dünya

09.06.2020 - 16:48

Zərərsizləşdirilən terrorçulardan biri axtarışda olanlar siyahısında yer PKK-çıdır

 

Türkiyənin Elazığ, Şırnak və Diyarbakır vilayətlərində antiterror əməliyyatları keçirilib. AYNA xəbər verir ki, əməliyyatlar zamanı altı terrorçu zərərsizləşdirilib.

 

Onlardan biri axtarışda olanlar siyahısında yer alan PKK terror təşkilatının üzvü Salih Əkinçidir.

 

Daha bir əməliyyat isə Düzcə vilayətində keçirilib. Əməliyyat zamanı İŞİD terror təşkilatının 7 üzvü saxlanılıb. Saxlanılanlar arasında təşkilatın rəhbər heyətində yer alan şəxslər və partlayıcı maddələrin hazırlanması üzrə mütəxəssislər də var. Antiterror əməliyyatları davam etdirilir. 

Müəllif: Ayna.az