Bunun üçün uşaqların valideynləri və ya qəyyumlarının izni tələb olunur
Türkiyədə koronavirusla mübarizə proqramı çərçivəsində peyvəndləmə prosesi sürətlə davam edir. AYNA Türkiyə mediasına istinadən bildirir ki,
artıq 12 yaşdan yuxarı uşaqlara COVID-19-a qarşı peyvənd vurulmasına izacə verilib.
Bunun üçün uşaqların valideynləri və ya qəyyumlarının izni tələb olunur. Azyaşlıların vaksinasiyası üçün onlayn növbə sisteminə müvafiq dəyişikliklər edilib.