Hakan Fidan: "Biz tərəfləri atəşkəs elan etmək üçün mexanizm yaratmağa çağırdıq”
Türkiyə Ukrayna münaqişəsi tərəflərinə hərbi əməliyyatlara moratorium təklifini çatdırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Biz tərəfləri atəşkəs elan etmək üçün mexanizm yaratmağa çağırdıq. Bu məsələ ilə bağlı ukraynalılardan sorğular aldıq. Artıq tərəflərə hərbi əməliyyatlara moratorium təklifi təqdim etmişik və bu məsələ ilə bağlı cavab gözləyirik", - deyə o bildirib.