Türkiyə Rusiya, Ukrayna və ABŞ arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Dünya

10.09.2026 - 19:34

Ankara Moskva ilə Kiyev arasındakı münaqişəyə son qoymaq məqsədi daşıyan diplomatik səyləri dəstəkləməyə hazırdır

Tərəflər istəsə, Türkiyə Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar üçün bir platforma təqdim etməyə yenidən hazırdır. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbəsi bildirib ki, "Tərəflər istəsə, Türkiyə danışıqlara ev sahibliyi etməyə və onlar üçün lazımi şəraiti təmin etməyə hazırdır.

Qeyd olunub ki, Ankara Moskva ilə Kiyev arasındakı münaqişəyə son qoymaq məqsədi daşıyan diplomatik səyləri dəstəkləməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş