Türkiyə ordusu 3 terrorçunu məhv edib

Dünya

12.05.2020 - 18:49

Terrorçular “Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgəyə keçmək istəyiblər

 

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində PKK/YPG terror təşkilatının üç üzvü zərərsizləşdirilib. AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, terrorçular Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində reallaşdırdığı “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı bölgəyə keçmək istəyərkən məhv ediliblər.

 

Digər bir məlumatda isə qeyd olunub ki, Şırnak Beytüşşebap rayonunun Faraşin yaylağında PKK terrorçularının torpaqda basdırdıqları silah-sursat aşkarlanıb. Cəbbəxanadan “Kalaşnikov” markalı 6 avtomat, 2 pulemyot və 724 patron ələ keçirilib.

 

Batmanda isə PKK-ya məxsus ələ keçirilən sığınacaq və cəbbəxanadan çoxlu sayda silah-sursat, ərzaq və geyim əşyaları götürülüb. 

Müəllif: Ayna.az