Türkiyə müşahidə missiyası: Seçkilər Azərbaycan xalqına xeyirli olsun

Siyasət

10.02.2020 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

Məntəqələrdə heç kəs heç kəsin işinə qarışmırdı, amma hər kəs prosesi müşahidə edə bilirdi

 

Azərbaycanda fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müşahidə Missiyası da rəyini açıqlayıb. AYNA-nın xəbərinə görə, bu gün keçirilən mətbuat konfransında TBMM-in Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, Azərbaycan vətəndaşları öz səslərini rahat şəkildə veriblər.

 

“Biz seçkilərdə qalib gələn namizədləri təbrik edirik. Eyni zamanda qalib gəlməyən namizədləri də cəsarətlərinə görə təbrik edirəm. Azərbaycan xalqına isə seçkilərdə fəallıq nümayiş etdirdikləri görə təşəkkür edirəm”, - o bildirib.

 

TBMM üzvü Orhan Erdem öz növbəsində bildirib ki, Bakı və Sumqayıt şəhərlərində səsvermə prosesini izləyiblər: "Seçki məntəqələrində heç bir polis, əsgər və rəsmi geyim forması geyən bir şəxs görmədim. Bu da insanlara rahatlıq verirdi. Seçkilər Azərbaycan xalqına xeyirli olsun. Məlumdur ki, Azərbaycanda çox layiqli gənclər yetişir və namizədlərin siyahısında gənclərin sayının çox olmasından məmnunuq”.

 

TBMM-in digər üzvü Yunus Kılıç də vəziyyəti qənaətbəxş qiymətləndirib: “Hesab edirəm ki, namizədlərin sayının çox olması, 20-yə yaxın partiyanın seçkidə iştirakı seçkinin obyektiv və rəqabətli şəraitdə keçdiyini deməyə əsas verir. Eyni zamanda seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesi istənilən yerdən izləyə bilməsi, seçicilərin istənilən kabinədə səs verə bilməsi çox gözəl haldır. Məntəqələrdə heç kəs heç kəsin işinə qarışmırdı, amma hər kəs prosesi müşahidə edə bilirdi”.

Müəllif: Ayna.az