“Türkiyə Liviyada təhlükəli oyun oynayır”

Dünya

23.06.2020 - 14:20

Makron: “Bu oyun Berlin konfransında verilən öhdəliklərə ziddir”

 

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Liviyada təhlükəli oyun oynadığını deyib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Makron Türkiyənin bu sahədə müvəffəqiyyətini qəbul etmədiyini və ABŞ-a şikayət etdiyini söyləyib.

 

“Fransa və Tunis bölgədə atəşkəs və təhlükəsizliyi təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatı çərçivəsində yenidən danışıqlar aparır və öhdəliklərin yerinə yetirilməsini istəyir. Türkiyə Liviyada təhlükəli oyun oynayır və bu oyunun Berlin konfransında verilən öhdəliklərə zidd olduğunu düşünürəm”, - deyə Makron bildirib.

 

Makron, həmçinin Liviyanın gələcəkdə Suriyanın vəziyyətində olmasını istəmədiyini söyləyib və Tunis və Misir qarşısında məsuliyyətin olduğunu ifadə edib.

Müəllif: Ayna.az