Ercan Mumlu: “Ankara, Ər-Riyad və İslamabad özlərini müdafiə etmək qərarına gəliblər”
“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın müdafiə ittifaqı yaratmaq qərarı ABŞ-ın Yaxın Şərqdəki siyasətindəki dəyişiklik və Vaşinqtonun böhranlara görə məsuliyyəti öz üzərinə götürməyə hazır olması ilə bağlı şübhələrlə əlaqələndirilir”. AYNA.AZ xəbər verir ki, bu sözləri türkiyəli siyasi şərhçi Ercan Mumlu “RİA Novosti”yə deyib.
Mumlunun sözlərinə görə, bu vəziyyətdə Ankara, İslamabad və Ər-Riyad xarici zəmanətlərdən asılılıqlarını azaltmağa imkan verəcək öz təhlükəsizlik mexanizmlərini tapmaq qərarına gəliblər: “Buna görə də müdafiə qabiliyyətlərini müstəqil şəkildə artırmaq qərarına gəliblər. Digər bir amil regional münaqişələrin yayılmasıdır. Məsələn, Qəzzadakı müharibə artıq Livan, Suriya, İraq, Yəmən, İran və Fars körfəzi dövlətlərinə yayılıb. Nəticədə geniş bir qeyri-sabitlik zonası yaranıb”.
Mumlu vurğulayıb: "Raket və pilotsuz təyyarə hücumlarının yayılması, enerji infrastrukturuna və dəniz ticarət yollarına təhdidlər göstərir ki, ayrı-ayrı dövlətlərin təhlükəsizliyi artıq yalnız onların milli sərhədləri daxilində nəzərdən keçirilə bilməz".
O, həmçinin Ağ Evdən yeni ittifaqa mənfi reaksiya gözləməməyə çağırıb: “Üstəlik, Vaşinqton bunu hərbi aparatının yükünün bir hissəsini azaltmaq üçün bir fürsət kimi görə bilər”.
Rusiyalı politoloq İvan Mezyuxonun isə fikrincə, “Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi ittifaqın yaradılması ABŞ Prezidenti Donald Trampın balanssız xarici siyasətinin və İran hərbi sərgüzəştinin nəticəsidir”.