Türkiyə bu ölkəyə 150 min doz vaksin göndərir

Dünya

13.04.2021 - 05:11

Sabah 150 min doz vaksin Liviyaya təslim ediləcək

 

“Enerji, səhiyyə, maliyyə, yerli idarəetmə, təhsil və mədəniyyət sahəsində əməkdaşlığımızı daha da irəlilədəcəyik”.

 

AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhi ilə görüşündə deyib.

 

Prezident vurğulayıb ki, koronavirusun yayılmağa davam etdiyi bu müddətdə sabah 150 min doz vaksin Liviyaya təslim ediləcək:

 

“Benqazidəki konsulluğumuz şərtlər formalaşanda yenidən fəaliyyətə başlayacaq. Türkiyənin koronavirusla mübarizədəki təcrübələrini Liviyaya sürətlə inteqrasiya edəcəyik. Bu məqsədlə Tripolitaniyada bir pandemiya xəstəxanamız işləyəcək”.

Müəllif: Ayna.az