Çavuşoğlu görüşlərin dəqiq tarixini açıqlamayıb
Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri görüşəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, Türkiyə, Türkmənistan və Əfqanıstan xarici işlər nazirlərinin də görüşü planlaşdırılır.
M. Çavuşoğlu görüşlərin dəqiq tarixini açıqlamayıb. Türkiyə XİN başçısı görüşlərin təşkili ilə bağlı işlərin aparıldığını bildirib.