Tunisdə fövqəladə vəziyyət rejimi uzadılıb

Dünya

31.01.2025 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

Qanun hakimiyyətə bir sıra müstəsna səlahiyyətlər verir

Tunis Prezidenti Kays Sayid ölkədə fövqəladə vəziyyətin ilin sonuna qədər uzadıldığını elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu qanun hakimiyyətə bir sıra müstəsna səlahiyyətlər verir.

Bunlara ev həbsləri, rəsmi görüşlərin qadağası, komendant saatı, media və mətbuata nəzarət və məhkəmə hakimiyyətinin icazəsi olmadan media senzurası tətbiq etmək aiddir.

Qeyd edək ki, Tunisdə fövqəladə vəziyyət ilk dəfə 2015-ci il noyabrın 24-də Prezidentin mühafizə xidmətinin əməkdaşlarına qarşı silahlı hücumdan sonra elan edilib. İnsident nəticəsində 12 nəfər həlak olmuş, təhlükəsizlik xidmətinin 16 əməkdaşı isə yaralanmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş