“Şanlı Ay, ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq”
Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonun işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib. AYNA xəbər verir ki, paylaşım qardaş ölkə nazirliyinin “Twitter” səhifəsində edilib.
“Qəhrəman Azərbaycan Ordusu Qarabağdakı böyük zəfərdən sonra əldə olunan razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay, ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq", - deyə paylaşımda qeyd olunub.