Bu ayın əvvəlində keçirilən sorğular Trampın reytinqinin 35 faizdə olduğunu göstərib
ABŞ Prezidenti Donald Trampın reytinqi prezidentliyindən bəri ən aşağı səviyyəyə düşüb. AYNA.AZ xəbər verir ki, bu məlumat “İpsos” tərəfindən aparılan sorğunun nəticəsinə əsasəndir.
Respondentlərin yalnız 33 faizi Trampın prezident kimi fəaliyyətini bəyəndiyini, 64 faizi isə bəyənmədiyini bildirib.
Bu ayın əvvəlində keçirilən sorğular Trampın reytinqinin 35 faizdə olduğunu göstərib.
Sorğuya görə, demokratların 87 faizi və respublikaçıların 71 faizi də daxil olmaqla, amerikalıların təxminən 80 faizi ABŞ-ın İran münaqişəsində iştirakının "uzun müddət davam edəcəyinə" inanır.
Respondentlərin yalnız 16 faizi münaqişənin bir neçə həftə ərzində başa çatacağını bildirib.
Sorğuda ölkə üzrə 1166 amerikalı yetkin iştirak edib. Səhv həddi 3 faizdir.