Tramp Rusiyaya tibbi yardım göndərib

Dünya

08.05.2020 - 11:24

Liderlər arasında virtual görüş baş tutub

 

Vladimir Putin koronavirusla mübarizə çərçivəsində ABŞ-ın Rusiyaya süni respirator aparatları göndərmək təklifini qəbul edib. AYNA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

 

“Biz bir çox ölkəyə kömək edirik. Digər ölkələr kimi Rusiya da COVİD-19-dan ciddi zərər çəkib” - deyə, Tramp bildirib.

 

Liderlərin arasında baş tutan virtual görüşdə koronavirusla yanaşı, silah nəzarəti və neft bazarı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb və onlar biri-birlərini faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təbrik ediblər.

 

Qeyd edək ki, martın sonunda Rusiya koronavirusla mübarizə üçün ABŞ-a tibbi avadanlıq göndərmişdi.

Müəllif: Ayna.az