Tramp qolf oynayarkən “Avenger” zenit-raket sistemi ilə qorunur

Dünya

11.08.2026 - 13:28

"Bir fotoda Tramp qolf dəyənəyi yelləyir, arxa planda isə tikanlı məftillərin arxasında “Avenger” raket sistemi görünür”

ABŞ Prezidenti Donald Tramp Nyu-Cersi meydançasında qolf oynayarkən “Avenger” zenit-raket sistemi ilə qorunub. AYNA.AZ xəbər verir ki, bu barədə “War Zone” saytı fotoşəkillərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, əksər qolfçular üçün gölməçələr və qum tələləri ən böyük təhlükə yaradır, lakin Donald Tramp "xüsusilə İrandan daha ciddi təhdidlərlə üzləşir".

"Bir fotoda Tramp qolf dəyənəyi yelləyir, arxa planda isə tikanlı məftillərin arxasında “Avenger” raket sistemi görünür. “Avenger”in başqa bir fotosu var, lakin onun eyni model olub-olmadığı bəlli deyil", - vurğulanıb.

Veb saytda qeyd olunub ki, Ağ Ev fotoların həqiqiliyini təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş