Tramp: “Qanuni immiqrasiyaya qarşı deyiləm”

Dünya

11.02.2025 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

“Mən sərhədlərimizin açıq olmasını istəmirəm, möhkəm sərhədlər istəyirəm”  

 “Mən sərhədlərimizin açıq olmasını istəmirəm, möhkəm sərhədlər istəyirəm. İnsanların gəlməsini istəyirəm, amma bunu qanuni şəkildə etməlidirlər. Onlar ölkəmizi sevməlidirlər, bacarıqlı olmalıdırlar, faydalı olmalıdırlar”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

Tramp bundan əvvəl dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra o, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Amerika hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək, onlara qeyri-qanuni mühacirləri qondarma sürətləndirilmiş prosedur çərçivəsində, yəni immiqrasiya məhkəməsinin qərarı olmadan deportasiya etməyə icazə verib. Tramp həmçinin Pentaqona və DHS-ə Kubadakı Quantanamodakı ABŞ bazasındakı miqrantlar üçün müvəqqəti saxlama mərkəzini genişləndirməyi əmr edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş