Tramp Consona başsağlığı verib

Dünya

01.12.2019 - 16:37

"Prezident Londonda terror hücumu ilə əlaqədar başsağlığını ifadə edib"

 

ABŞ prezidenti Donald Tramp Londonda törədilmiş terror aktı ilə əlaqədar Böyük Britaniyanın baş naziri Boris Consona başsağlığı verib.

 

AYNA-nın məlumatına görə, bu barədə Ağ Evin bəyanatında bildirilir.

 

"Prezident Londonda terror hücumu ilə əlaqədar başsağlığını ifadə edib", - ABŞ liderinin administrasiyasından bildirilib.

 

Qeyd edilir ki, iki lider Londonda, dekabrın 3-4-də NATO sammitində təkbətək görüşəcək.

 

Xatırladaq ki, London körpüsündə baş verən terror aktında yaralanan iki nəfər ölüb. 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş