Tramp Ağ Evlə vidalaşıb

Dünya

20.01.2021 - 18:36

Tramp çıxışında Baydenə uğurlar arzulayıb

 

Prezidentlik müddətini başa vuran Donald Tramp həyat yoldaşı Melaniya ilə Ağ Evi tərk edib. AYNA xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

 

Bildirilib ki, D.Tramp xanımı ilə birlikdə Floridaya yola düşüb. O, Cozef Baydenin andiçmə mərasiminə qatılmayacaq.

 

D.Tramp vida çıxışında bildirib ki, müharibə başlamayan ABŞ-ın ilk prezidenti olduğu üçün şaddır.

 

Donald Tramp çıxışında Cozef Bayden administrasiyasını tanıdığını etiraf edərək ona uğurlar arzulayıb. Bundan başqa o, qeyd edib: “ABŞ-ın son on illərdə heç bir yeni müharibəni başlamayan ilk prezidenti olduğum üçün fəxr edirəm”.

Müəllif: Ayna.az