Tovuzun Dondar Quşçu kəndi atəşə tutulub

Siyasət

13.07.2020 - 18:43

MN: "Kənd sakinlərinə heç bir ziyan dəyməyib"

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

 

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Müəllif: Ayna.az