Su arxından kişi meyiti tapılıb

Xəbərlər

18.08.2026 - 10:53

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub

Tovuz rayonunun Xatınlı kəndi ərazisində su arxından orta yaşlı kişi meyiti tapılıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə kəndin girişində qeydə alınıb.

Məlumata görə, su arxında aşkarlanan şəxsin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Ölən şəxsin 1986-cı il təvəllüdlü A.Müseyibov olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş