Tovuzda dağlıq ərazidəki yanğın söndürülüb

Xəbərlər

12.08.2021 - 18:08

Həkimlər Klinikalar SEO Xidməti

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub

 

Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yanğın zamanı 4 ha sahədə qaratikan kolları və quru ot yanıb.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

 

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş