Tovuzda ana və oğlu itkin düşüb

Xəbərlər

10.11.2021 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Tacirə Aslanova və onun 2016-cı il təvəllüdlü övladı oktyabrın 30-dan yoxa çıxıb

Tovuzda itkin düşən ana və beş yaşlı oğlu axtarılır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı, 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabrın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

T.Aslanovanın boyu 155 santimetr, saçları sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş