Tovuz və Ağstafada 2 gün qaz olmayacaq

Xəbərlər

25.08.2021 - 15:07

Abonentlərdən anlayışlı olmaları xahiş edilir

 

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar avqustun 25-də saat 15:00-dan avqustun 26-dək iki gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

“Azəriqaz” İB-dən AYNA-ya bildirilib ki, təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir.

 

Abonentlərdən anlayışlı olmaları xahiş edilir. Görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.

 

 

Müəllif: Ayna.az