Tokio-2020: Paracüdoçularımız birinci yerə yüksəlib

İdman

30.08.2021 - 06:53

Həkimlər Klinikalar SEO Xidməti

Millimiz medalların həm əyarı, həm də sayına görə digər ölkələrin komandalarını qabaqlayıblar

 

Azərbaycan paracüdoçuları Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarının ümumi medal sıralamasında 6 qızıl və 2 bürünc medal qazanaraq birinci yeri tutublar.

 

AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, millimiz medalların həm əyarı, həm də sayına görə digər ölkələrin komandalarını qabaqlayıblar.

 

Özbəkistan ikinci (iki qızıl, iki gümüş və iki bürünc medal), İran isə üçüncü yeri tutub (iki qızıl medal).

 

Paracudoçu medalçılar arasında Hüseyn Rəhimli, Dürsədəf Kərimova, Vüqar Şirinli, Xanım Hüseynova, Sevda Vəliyeva və Şahanə Hacıyeva qızıl, Namiq Abbaslı və İlham Zəkiyev isə bürünc mükafat əldə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş