Qazaxıstan hökuməti yeni parlamentin ilk iş günündə istefa verib
Qazaxıstan hökuməti yeni parlamentin - Qurultayın ilk iclas günündə istefa verib. AYNA.AZ qazax mediasına istinadən bildirir ki, müvafiq fərman Prezident Kasım-Comart Tokayevin saytında dərc edilib.
Sənəddə deyilir: "Qazaxıstan Respublikası Hökumətinin yeni seçilmiş Qazaxıstan Respublikası Qurultayına istefa verməsi ilə əlaqədar olaraq qərara alıram: Hökumət hökumətin yeni tərkibi təsdiq edilənə qədər öz vəzifələrini yerinə yetirsin".
Parlament seçkilərindən sonra prosedur formal xarakter daşıyır. Qurultayın birinci çağırışı artıq Qazaxıstanda öz işinə başlayıb.