İki fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Fevralın 1-də saat 21 radələrində “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə Şabran Rayon Prokurorluğuna məlumat daxil olub.
Şabran Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərlərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.