Bəqayi: “İranın nüvə məsələsində mövqeyi tamamilə şəffafdır”
“Tehran heç bir şəraitdə nüvə silahı yaratmaq niyyətində deyil”. AYNA.AZ CNN-ə istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.
“İranın nüvə məsələsində mövqeyi tamamilə şəffafdır. İranın xarici işlər naziri Abbas Əraqçi özünün son paylaşımında İranın heç vaxt, heç bir şəraitdə nüvə silahına sahib olmaq istəmədiyini açıq şəkildə bildirib”, - Beqayi qeyd edib.
İran XİN sözçüsünün fikrincə, məsələ strategiya və əqidələrin bir hissəsidir. O vurğulayıb ki, nüvə silahının hazırlanmasından imtina İranın Ali Dini Rəhbəri Əli Xameneinin fətvasına əsaslanır.