Təhlükəli virus yayılan şəhərdə 7 tələbəmiz təhsil alır

Cəmiyyət

27.01.2020 - 12:12

Ceyhun Bayramov: “Çin hökuməti bölgəyə giriş-çıxış qadağası qoysa da, biz bu məsələni nəzarətdə saxlayırıq”

 

“Çinin koronavirus təhlükəsi yaşanan ərazisində 7 tələbəmiz təhsil alır. Çin hökuməti ölkəyə və şəhərlərə giriş-çıxışa məhdudiyyətlər qoyulub. Amma biz bu məsələni nəzarətdə saxlayırıq”.

 

AYNA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. 2019-cu ilin yekunları və 2020-ci ildəki planlara həsr olunan tədbirdə çıxış edən nazirin sözlərinə görə, hazırda Çində 62 nəfər dövlət xətti ilə təhsil alır.

 

“Ümumilikdə isə Çinin müxtəlif bölgələrində 500-ə yaxın tələbəmiz ali təhsil alır”, - Bayramov bildirib.

 

Qeyd edək ki, son günlər Çinin Vuhan şəhərində təhlükəli koronavirus yayılıb. İndiyədək xeyli sayda ölən var. Ölkənin əksər şəhərlərində bununla bağlı fövqəladə vəziyyət elan olunub.

Müəllif: Ayna.az