Təhlükəli asteroid Yerə yaxınlaşır

Maraqlı

06.02.2022 - 07:53

Toqquşma zamanı planetə ciddi ziyan vura bilər

Fevralın 8-də “2007 UY1” adlı asteroid Yerə yaxınlaşacaq, o, planetdən beş milyon kilometrdən bir qədər çox məsafədə olacaq.

Bu barədə AYNA NASA”ya istinadən xəbər verir.

Göy cisminin diametri 150 metrə çata bilər. Bu o deməkdir ki, nəzəri olaraq toqquşma zamanı planetə ciddi ziyan vura bilər.

Bundan əlavə, “2007 UY1” Aton asteroidlər qrupuna aiddir, yəni onun orbiti Yerin orbitinə daxildən kəsir. “2007 UY1” adlı asteroid ilk dəfə 2007-ci ildə kəşf edilib. Hazırkı hesablamalara görə, onun bir gün Yerlə toqquşması ehtimalı olduqca kiçikdir.

Müəllif: Ayna.az