Yeni aşkarlanan asteroidin ölçüsü 10-15 metrdir
Astronomlar potensial təhlükəli asteroid aşkarlayıb. AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi məlumat verib.
Alimlər qeyd edib ki, göy cismi ölçülərinə görə Çelyabinsk meteoriti ilə müqayisə edilə bilər.
“Onun ülçüsü 10-15 metrdir, yəni obyekt 2013-cü il fevralın 15-də Çelyabinskin rayonunda Yerin atmosferində parçalanan asteroidlə müqayisə edilə bilər”, - mütəxəssislər izah edib.
Asteroidin planetimizə 139 min kilometrdən bir qədər az məsafədə yaxınlaşacağı gözlənilir.